Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama

Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama
29.07.2026 13:25 Cəmiyyət

Sosial şəbəkələrdə sabiq millət vəkili Vahid Əhmədovun səhhətində ciddi problemlər yarandığı, artıq müalicə almağa başladığına dair xəbərlər yayılıb.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı Xitab24.az-a danışan keçmiş millət vəkili məlumatı təkzib edib:

“Bu barədə mənə də zənglər gəlir. Amma deyim ki, səhhətimdə heç bir problem yoxdur. Kimsə yalandan yazıb. Özümü hazırda yaxşı hiss edirəm. Sizlə danışmazdan öncə verilişdə çıxış edirdim”.

Qeyd edək ki, ötən il də Vahid Əhmədovun səhhətində problem yarandığı, təcili Almaniyaya aparıldığına dair məlumatlər yayılmış, o, bu xəbərləri təkzib etmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər