“DH Volley” braziliyalı baş məşqçiyə etibar etdi
Qadın voleybolçulardan ibarət “DH Volley” komandasına yeni baş məşqçi təyin olunub.
TodayPress TV xəbər verir ki, komanda braziliyalı Duda Nunyeslə 1 illik müqavilə imzalayıb.
“DH Volley” yeni mövsümdə Çelenc Kubokunda mübarizə aparacaq. Komandamızın rəqibi Danimarkanın “Holte” klubu olacaq. Duda Nunyes “DH Volley”in sükanı arxasında ilk rəsmi matçına oktyabrın 27 və 29-u aralığında çıxacaq.
Namiq HUN