Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO

Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO
29.07.2026 13:59 İdman

229 sm boyu ilə diqqət çəkən 18 yaşlı basketbolçu gündəmə gəlib. 

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə avstraliyalı 18 yaşlı basketbolçu Conqkuç Maçın fotoları böyük maraq doğurub.

Buna səbəb onun 229 santimetr boya sahib olmasıdır. Bu göstərici hazırda NBA-da çıxış edən istənilən basketbolçudan daha yüksəkdir.

Müqayisə üçün qeyd edək ki, “San Antonio Spurs”un ulduz mərkəz oyunçusu Viktor Vembanyamanın boyu 224 santimetrdir.

Conqkuç Maç Avstraliyanın ikinci ən güclü basketbol liqası olan NBL1 East-də “BA Centre of Excellence” komandasının heyətində, Avstraliya İdman İnstitutunu təmsil edir.

Gənc basketbolçu artıq ABŞ-nin Luiziana Dövlət Universiteti, Kolorado Universiteti və Santa Klara Universitetindən NCAA-da çıxış etməsi üçün təkliflər alıb.

Namiq HUN


TodayPress TV

FOTOLAR

Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO — 1
XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər