“Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik!

“Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik!
29.07.2026 13:42 UEFA

“Qarabağ” çox ciddi rəqibdir. Onların oyun üslubunu yaxşı təhlil etmişik və buna ən yaxşı şəkildə cavab verməyə çalışacağıq.

TodayPress TV “azertag.az”a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın ÇSKA (Sofiya) klubunun baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis vurğulayıb ki, növbəti mərhələyə yüksəlmək üçün ilk matçdakı çıxışa əlavə keyfiyyət qatmalı, qol vurmalı və yaranacaq imkanlardan maksimum yararlanmalıdırlar. Xristo Yanev komandasının müdafiəyə çəkilmək niyyətində olmadığını bildirib: 

“Heç vaxt komandamın yalnız müdafiə olunmasını istəməmişəm. Məqsədimiz böyük səhnədə çıxış etmək və Bolqarıstanı güclü rəqiblərə qarşı layiqincə təmsil etməkdir. Öz güclü tərəflərimiz də var. Futbolçularımız topa sahib olduğumuz anlarda rəqibin buraxdığı boşluqlardan istifadə etməyə çalışmalıdırlar”.

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək ÇSKA – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər