Putin o qədər narahat oldu ki, Özbəkistan və Qazaxıstanla bağladığı müqaviləni dəyişdi

Putin o qədər narahat oldu ki, Özbəkistan və Qazaxıstanla bağladığı müqaviləni dəyişdi
29.07.2026 10:25 Dünya

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında mövcud sazişlərə dəyişikliklərin hazırlanması barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunan sənəddə bildirilib.

Məlumata görə, sözügedən sazişlər silah və hərbi texnikanın tədarükünü, müdafiə təyinatlı məhsulların mübadiləsini, həmçinin hərbi texnologiyalar və texniki sənədlərin ötürülməsini əhatə edir.

Kreml sazişlərdə hansı dəyişikliklərin ediləcəyini və bunun səbəbini hələlik açıqlamayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər