Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur...
Moskva vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində azı 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Onun sözlərinə görə, gecə saatlarında region üzərində 81 Ukrayna pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
İstra şəhər dairəsinin Pionerski qəsəbəsində dron qalıqlarının yaşayış məntəqəsinə düşməsi nəticəsində 3 nəfər həlak olub, daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı 5 fərdi yaşayış evində yanğın baş verib.
Solneçnoqorsk şəhərində isə pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb. Nəticədə 2 nəfər yaralanıb. İstra rayonunun Babkino kəndində də iki fərdi evə ziyan dəyib.
Moskva meri Sergey Sobyanin bildirib ki, iyulun 12-si axşam saatlarından etibarən paytaxt istiqamətində 350-dən çox pilotsuz uçuş aparatı qeydə alınıb. Onun sözlərinə görə, onların böyük hissəsi Moskva ətrafında hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, təkcə paytaxt yaxınlığında 50 dron vurulub.
Nicat Osmanlı