Səna hava limanı yenidən açıldı
Yəmənin paytaxtı Sənaya uçuşlar bir həftədən çox İsrailin yerli hava limanını sıradan çıxarmasından sonra bərpa edilib.
TodayPress TV bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Hava limanının rəhbəri Xalid əl-Şaif bildirib ki, hücum hava limanının terminalını dağıdıb və uçuş-enmə zolağında kraterlər buraxıb.
Ən azı altı sərnişin təyyarəsi zədələnib.
Bundan əlavə, şənbə günü iki şəhər arasında daha üç reys planlaşdırılır.