Ruslar qaçdı, atdıqları maşınlar yolboyu qalaqlandı - FOTO
Şimali Osetiyada 2022-ci ildən Gürcüstan sərhədinə gedən yolda qalan təxminən 500 avtomobilin ərazidən yığışdırılmasına qərar verilib.
TodayPress TV xəbər verir ki, avtomobillərin böyük hissəsi 2022-ci ildə Rusiyadan kütləvi çıxış zamanı sahibləri tərəfindən tərk edilib.
Məlumata görə, son dörd il ərzində nəqliyyat vasitələrinin əksəriyyətinin təkərləri, faraları, güzgüləri, şüşələri, oturacaqları və digər hissələri çıxarılıb.
Bildirilir ki, həmin dövrdə bəzi avtomobil sahibləri sərhədi keçməzdən əvvəl nəqliyyat vasitələrini yerli satıcılara demək olar ki, pulsuz veriblər.
Rosavtodor və yerli hakimiyyət orqanlarının qərarına əsasən, yol boyunca kilometrlərlə uzanan avtomobil yığını ərazidən təmizlənəcək. Təkrar emala yararlı hissələrin utilizasiyaya göndərilməsi, qalan avtomobillərin isə poliqona daşınması nəzərdə tutulur.
Jalə Rövşən