Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ
Rusiya ordusunun Ukraynaya qarşı qış kampaniyasında taktikasını dəyişərək enerji və nəqliyyat infrastrukturunun yeni obyektlərini hədəfə alacağı bildirilir.
TodayPress TV xəbər verir ki, "24-cü Kanal"ın köşə yazarı Anatoli Amelinin məlumatına görə, Rusiyanın mümkün hədəfləri arasında elektrik paylayıcı yarımstansiyaları, dəmir yolu qovşaqları, qaz istehsalı və emalı müəssisələri, dərin arxadakı aerodromlar, PUA istehsalı obyektləri, su təchizatı sistemləri və bəndlər yer alır.
Müəllifin sözlərinə görə, əsas məqsəd yalnız hərbi infrastruktura zərbə vurmaq deyil, Ukraynada həyat şəraitini ağırlaşdıraraq əhalinin ölkəni tərk etməsinə səbəb olmaqdır.
Amelin hesab edir ki, qarşıdakı qışda uzunmüddətli elektrik və su kəsintiləri riski artır.
O, Ukrayna əhalisini ən azı 72 saatlıq enerji, su və ərzaq ehtiyatı hazırlamağa çağırıb.
Jalə Rövşən