Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı
ABŞ və Fransa kəşfiyyatı Ukraynanın uzaqmənzilli dron əməliyyatlarına dəstək verir.
TodayPress TV xəbər verir ki, Ukrayna rəsmiləri ABŞ və Fransa kəşfiyyat xidmətlərinin ölkənin uzaqmənzilli dron kampaniyasında mühüm rol oynadığını açıqlayıblar.
Məlumata görə, hər iki ölkənin kəşfiyyatı Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi ərazilərin xəritələşdirilməsinə, dronların müdafiə şəbəkələrindən yayınmasına imkan verən marşrutların müəyyən edilməsinə və hədəflərin daha dəqiq seçilməsinə kömək edir.
Ukrayna tərəfi bildirir ki, bu kəşfiyyat dəstəyi uzaqmənzilli zərbə əməliyyatlarının effektivliyinin artırılmasına və Rusiya ərazisindəki strateji hədəflərə qarşı dron hücumlarının daha dəqiq planlaşdırılmasına imkan yaradır.
Jalə Rövşən