SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 3 ədəd F-35 qırıcısını məhv etdiyini iddia edir.
TodayPress TV xəbər verir ki, SEPAH-ın məlumatına görə, Qeşm adasında iki yaşayış evinə endirilən zərbəyə cavab olaraq, SEPAH-ın Aerokosmik Qüvvələri bir neçə ballistik raketlə İordaniyada yerləşən Əl-Əzraq aviabazasında ABŞ-a məxsus F-35 qırıcılarının yerləşdirildiyi meydançanı və texniki xidmət anqarını hədəfə alıb.
Bildirilib ki, hücum nəticəsində 3 F-35 qırıcısı tamamilə məhv edilib, daha 3 təyyarəyə ciddi ziyan dəyib. Həmçinin bir neçə ABŞ hərbçisinin, eləcə də texniki və texniki xidmət heyətinin öldüyü iddia olunur.
Nicat Osmanlı