“Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi

“Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi
30.07.2026 15:13 İdman

İngiltərənin “Arsenal” klubu “Real Madrid”in hücumçusu Vinisius Juniorun transferi baş tutmayacağı halda “Yuventus”un futbolçusu Kenan Yıldızı heyətinə qatmağı planlaşdırır.

TodayPress TV “indykaila News”a istinadən xəbər verir ki, London təmsilçisinin nümayəndələri mümkün transferi müzakirə etmək üçün İtaliyaya yollanıblar.

İddiaya əsasən, türkiyəli hücumçu “Arsenal”ın ehtiyat variantı hesab olunur. “Topçular” Vinisius Juniorun keçidini reallaşdıra bilməsələr, Kenan Yıldız üçün rəsmi addım atacaqlar.

“Yuventus” futbolçusunu satmağa tələsmir və transferin baş tutması üçün “Arsenal”ın yüksək məbləğdə təklif verməsi tələb olunacaq.

Qeyd edək ki, Kenan Yıldız 2022-ci ildə “Bavariya”dan ayrıldıqdan sonra azad agent kimi “Yuventus”a qoşulub. Onun Turin klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər qüvvədədir.

20 yaşlı futbolçu 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 47 oyunda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında onun bazar dəyəri 75 milyon avro qiymətləndirir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər