Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi
Çin Xarici İşlər Nazirliyi İrana 400 raket buraxıcısı göndəriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
TodayPress TV xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin iyulun 30-da keçirilən brifinqdə media nümayəndəsinin bu barədə sualını cavablandırarkən bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Bu məlumatlar doğru deyil və tamamilə əsassızdır. Bu məsələ ilə bağlı mövqeyimizi dəfələrlə açıqlamışıq”, – deyə Mao Nin vurğulayıb.
O əlavə edib ki, Çin münaqişələrin gərginləşməsinin qarşısının alınması və sülhün təşviqi istiqamətində ardıcıl şəkildə konstruktiv rol oynayır.
Jalə Rövşən