İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi
ABŞ voleybol üzrə Millətlər Liqasında tarixi rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, ABŞ-nin kişi voleybol millisi Millətlər Liqasının 1/4 finalında İtaliyanı 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Bu qarşılaşmada ABŞ millisi ümumilikdə 14 eys edərək kişi voleybolu üzrə Millətlər Liqasının üçsetlik oyunları üçün yeni rekord müəyyənləşdirib.
Komandanın diaqonal oyunçusu Ceyk Heyns 14 eysdən 6-sına imza ataraq rekord nəticəyə mühüm töhfə verib.
Qeyd edək ki, ABŞ millisi son üç ildə ilk dəfə kişi voleybolu üzrə Millətlər Liqasının yarımfinalına yüksəlib. Amerikalılar finala vəsiqə uğrunda Yaponiya millisi ilə qarşılaşacaqlar.
Namiq HUN