Rusiya Polşanı vurdu, NATO biabır oldu
Rusiya ordusuna məxsus kruiz raketi Polşa hava məkanını pozaraq ölkə ərazisinə düşüb.
TodayPress TV xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk raketin Rusiya istehsalı olduğunu təsdiqləyib və onun Lublin bölgəsinin cənubunda yaşayış olmayan əraziyə düşdüyünü açıqlayıb.
Raket təxminən 94 kilometr məsafə qət edərək NATO üzvü olan Polşanın hava məkanına daxil olub. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, raketin NATO ölkəsinin ərazisinə maneəsiz daxil olması alyansın hava hücumundan müdafiə sistemlərinin effektivliyi ilə bağlı ciddi suallar yaradır.
Bildirib ki, raket uçuşunu davam etdirsəydi, Polşa Silahlı Qüvvələri onu vurmağa hazır idi. Bununla yanaşı, Polşa rəsmiləri qeyd ediblər ki, Qərbi Ukrayna hava məkanının müdafiəsi üçün mövcud imkanlardan istifadə olunsaydı, raketin qarşısını almaq mümkün idi.
Hadisədən sonra sosial şəbəkələrdə və ekspert dairələrində NATO-nun şərq cinahının müdafiəsi ilə bağlı sərt tənqidlər səslənib.
Səslənən fikirlərdə "Əgər Finlandiya təsadüfən Sankt-Peterburq ətrafını bombalasaydı, Rusiya buna necə reaksiya verərdi?" sualı ilə Moskvanın oxşar hadisələrə münasibətində ikili standartlar olduğu iddia edilib.
Şərhçilər Rusiya raketinin alyans üzvünün hava məkanına daxil olaraq hədəfinə çatmasını NATO üçün ciddi nüfuz itkisi kimi qiymətləndirirlər.
Hazırda Polşa aidiyyəti qurumları hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Jalə Rövşən