Rusiya bir uşağın həyatı üçün 1 milyon rubl təklif etdi

Rusiya  bir uşağın həyatı üçün 1 milyon rubl təklif etdi
10.08.2026 15:48 Dünya

Nijnekamsk bələdiyyəsi avqustun 10-da şəhərə edilən dron hücumunda həlak olan uşağın ailəsinə 1 milyon rubl (təxminən 21 min manat) maddi yardım göstərəcək.

TodayPress TV  xəbər verir ki, bu barədə şəhər meri Radmir Belyayev bildirib.

Məlumata görə, uşağın dəfn mərasiminin bütün xərclərini də bələdiyyə qarşılayacaq. Bundan əlavə, şəhər müəssisələri digər zərərçəkənlərin ailələrinə və xəsarət alan əməkdaşlara maliyyə yardımı göstərəcək.

Tatarıstanın səhiyyə naziri Almir Abaşev həlak olan uşağın qız olduğunu və tibbi yardım gələnədək həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, məlumata görə, avqustun 10-da Nijnekamska edilən dron hücumu nəticəsində ümumilikdə 13 nəfər ölüb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər