Qətər İran təhdidləri fonunda işçilərini təxliyə edir
Dünya
18.03.2026 21:50
Qətər İranın təhdidləri fonunda şimaldakı Ras Laffan şəhərindəki mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsindən işçiləri təxliyə edir.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ras Laffandakı obyektlərin boşaldılması artıq başlayıb. Bu qərar Tehranın Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki bir neçə neft və qaz obyektinə qarşı hücumların baş verəcəyi barədə xəbərdarlıq etməsindən sonra verilib.
Xatırladaq ki, daha əvvəl İranın Buşehr əyalətindəki Əsəlluyə rayonunun rəhbəri İsrail və ABŞ-nin hücumu nəticəsində Cənubi Pars neft yatağındakı bir neçə obyektdə yanğın baş verdiyini bildirib.
Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu yaxın gələcəkdə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduğunu açıqlayıb.
Aysel Mətləb
tag: Qətər,LNG,İşçi,İran,TodayPress TV,
