Qərbi Türkiyə qorxusu bürüdü - qaranlıq ssenaridə işıq üzünə çıxanlar...
"Türkiyə artıq sadəcə NATO müttəfiqi deyil, Qərb üçün artan strateji təhdidə çevrilib".
TodayPress TV xəbər verir ki, bunu Qüds Təhlükəsizlik və Xarici İşlər Mərkəzinin (QXM) prezidenti Dan Diker deyib.
Mərkəzin rəhbəri "neo-osmanlı ambisiyalarını", "HƏMAS ilə əlaqələrini" və "aqressiv regional siyasətini" əsas gətirərək Ankarayla münasibətlərin yenidən qiymətləndirilməsini tələb edib.
“Türkiyənin hərəkətləri getdikcə Qərb legitimliyindən zövq alan yaramaz dövlət davranışını əks etdirir”, – deyə o iddia edib.
QXM rəhbəri həmçinin İran və Türkiyənin regional sabitliyi pozduğunu iddia edərək, Qərbin təhlükəsizlik strategiyasını bu yeni reallığa uyğunlaşdırmasını vacib sayıb.
Jalə Rövşən
Türkiyə
NATO
Müttəfiq
Qərb
Qüds Təhlükəsizlik və Xarici İşlər Mərkəzi
Qərbin Türkiyə qorxusu
Jalə Rövşən