Putinin Zelenskidən olan nəvəsi ortaya çıxdı - Media onu necə tapdı?
Putinin illərdir gizli saxladığı ailə həyatı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
TodayPress TV xəbər verir ki, “Project” media araşdırmasında Rusiya prezidentinin indiyədək ictimaiyyətə məlum olmayan daha bir nəvəsinin olduğunu iddia edir.
Araşdırmaya görə, Elza İqorevna Tixonova adlı qız Putinin kiçik qızı Katerina Tixonova ilə keçmiş balet direktoru İqor Zelenskinin övladıdır.
Jurnalistlər qızın adını sızdırılmış sərhəd xidməti məlumat bazasında aşkar etdiklərini bildiriblər.
Məlumata görə, Elza 2019-cu ildə valideynləri ilə birlikdə şəxsi təyyarə ilə Münhenə, 2021-ci ildə isə Xorvatiyaya səfər edib.
Araşdırmada qeyd olunur ki, qız anasının soyadını daşısa da, atasının adından istifadə edir.
“Project” Putinin ailə üzvlərini uzun müddətdir ictimaiyyətdən gizli saxladığını yazıb.
Araşdırmada onun Mariya Vorontsova və Luiza Rozova adlı qızlarının, İvan və Vladimir Spiridonov adlı oğullarının, həmçinin Mariya Vorontsovanın ilk həyat yoldaşı Yorrit Faassendən Roman Faassen adlı nəvəsinin olduğu da iddia edilir.
Jalə Rövşən