Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi

Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi
13.08.2026 14:16 Dünya

Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərinə etiraz olaraq Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi nazirliyə çağırıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Tokionun etirazına səbəb Putinin Yaponiyanın da ərazi iddiası irəli sürdüyü Cənubi Kuril adalarından biri olan İturupa səfəri olub. Putin adada balıq emalı müəssisəsinə baş çəkib, yerli sakinlərlə görüşüb.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Rusiyaya “qətiyyətli etiraz” bildirərək Tokionun mövqeyini təkrarlayıb. Yaponiya Cənubi Kuril adalarını, o cümlədən İturupu “Şimal əraziləri” adlandırır və onların tarixi və hüquqi baxımdan Yaponiyaya məxsus olduğunu bildirir.

Baş nazir Sanae Takaiçi də Putinin səfərini “qətiyyən qəbuledilməz” adlandırıb.

Rusiya səfirliyindən isə TASS-a bildirilib ki, məsələ ilə bağlı rəsmi açıqlama daha sonra yayımlanacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər