Putinə slav qardaş ölkəsindən gözlənilməz sillə

Putinə slav qardaş ölkəsindən gözlənilməz sillə
26.05.2026 14:25 Dünya

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Rusiya ilə münasibətləri “qardaşlıq” adlandırmaqdan imtina edib və Rusiyanın Ukraynaya hücumunu “təmiz təcavüz aktı və beynəlxalq hüququn pozulması” kimi qiymətləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Praqada keçirilən GLOBSEC beynəlxalq konfransının kənarında "POLITICO" nəşrinə müsahibəsində deyib.

Brnabiç vurğulayıb ki, Serbiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın BMT İnsan Hüquqları Şurasından çıxarılması üçün səs verib. O həmçinin qeyd edib ki, rəsmi Belqrad Rusiyanın Ukraynaya hücumunu dəfələrlə pisləyib.

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Vladimir Putin arasındakı əlaqələrə toxunan Brnabiç bildirib ki, bu münasibətlər “qardaşlıq” anlamına gəlmir.

Açıqlamadan sonra Rusiyaya yaxın media və sosial şəbəkə kanallarında narazılıq dalğası yaranıb. Uzun illər Serbiyanı əsas müttəfiqlərdən biri kimi təqdim edən Kreml tərəfdarları bunu “xəyanət” kimi qiymətləndirirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər