Putindən Rumıniyaya PUA hücumu ilə bağlı açıqlama: “Ukraynaya məxsus ola bilər”
Rusiya Prezidenti Vladimir Putin Rumıniya hava məkanında qeydə alınan pilotsuz uçuş aparatı (PUA) insidenti ilə bağlı açıqlama verib.
TodayPress TV xarici mediaya istinadən məbumatına görə, Putin bildirib ki, Rumıniya səmasında dronun görünməsi barədə məlumatlardan xəbərdardır, lakin həmin aparatın konkret hansı dron olduğunu dəqiq bilmir.
O, ehtimal olaraq insidentin Ukraynaa məxsus pilotsuz uçuş aparatı ilə bağlı ola biləcəyini qeyd edib.
Hadisə ilə bağlı rəsmi araşdırmaların davam etdiyi bildirilir.