Putin cəbhə vəziyyətini dəyərləndirdi: "Tarix demək çətindir"
"Ukraynada davam edən hərbi əməliyyatlar şəraitində müharibənin başa çatmasının konkret tarixini demək mümkün deyil".
TodayPress TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır və onlardan imtina etmir.
O qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı təmaslar davam edir, lakin danışıqların özü hazırda başlamayıb.
Rusiya lideri həmçinin qeyd edib ki, Rusiya qüvvələri hər gün bütün istiqamətlərdə hücum əməliyyatları aparır.