Putin: “Aİ-nin hazırda heç bir siyasi suverenliyi yoxdur”
“Avropa İttifaqının (Aİ) hazırda siyasi suverenliyi mövcud deyil, yaxın gələcəkdə isə iqtisadi suverenliyini də itirə bilər”.
TodayPress TV xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.
"Suverenlik, xüsusilə iqtisadi inkişaf baxımından həlledici əhəmiyyət daşıyır. Aydındır ki, Aİ bu baxımdan ciddi çatışmazlıqlar yaşayır. Artıq bəlli olub ki, o faktiki olaraq suverenliyə malik deyil və bu da mövcud böhran şəraitində iqtisadi itkilərlə müşayiət olunur", - deyə o bildirib.
Aysel Mətləb