Papa XIV Leo papa hakimiyyətinin simvollarını qəbul etdi

Papa XIV Leo papa hakimiyyətinin simvollarını qəbul etdi
18.05.2025 13:40 Dünya

Vatikanın Müqəddəs Pyotr meydanında yeni seçilən Papa XIV Leonun taxta çıxma mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, mərasimdə Papa rəsmi olaraq pontifik hakimiyyətinin əsas simvolları olan “balıqçı üzüyü” və palliumu qəbul edib.

Mərasimə dünyanın müxtəlif ölkələrindən gələn 150-dən çox nümayəndə heyəti, müxtəlif xristian konfessiyalarının və digər dinlərin təmsilçiləri qatılıb. Papa mərasimdən əvvəl papamobillə meydanda gəzinti edərək minlərlə zəvvarı salamlayıb.

Qeyd edək ki, yeni Papa Robert Francis Prevost mayın 7-8-də keçirilən iki günlük konklav nəticəsində seçilib və Katolik Kilsəsinin 267-ci pontifiki olub. O, ABŞ-də doğulan ilk Roma Papası kimi tarixə düşüb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər