Özbəkistanın iki kəndi Qırğızıstanın oldu
Özbəkistanın iki kəndi rəsmi şəkildə Qırğızıstanın tərkibinə keçib.
TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagözov bildirib.
Qeyd edək ki, Çonqara və Daş-Tobo kəndlərinin əhalisi təxminən 2500 nəfər təşkil edir. Kəndlərdə əsasən etnik qırğızlar yaşayır və onların hamısına Qırğızıstan vətəndaşlığının verilməsi nəzərdə tutulur.
Sərhəd məsələlərinin tənzimlənməsi çərçivəsində həyata keçirilən bu addım qarşılıqlı razılaşma əsasında baş tutub. Bu yaşayış məntəqələrinin əvəzində Qırğızıstan tərəfi sərhədyanı zonada sahəsinə görə bərabər olan torpaq sahələrini Özbəkistana təhvil verib.
Jalə Rövşən