Özbəkistan Əfqanıstana humanitar yardım göndərdi

Özbəkistan Əfqanıstana humanitar yardım göndərdi
18.03.2026 18:30 Dünya

Martın 18-də Özbəkistan tərəfindən Əfqanıstan xalqına humanitar yardım çatdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yardım Ramazan bayramı münasibətilə göstərilib və məqsəd Əfqanıstan xalqına dəstək olmaq, həmçinin iki ölkə arasında dostluq və qonşuluq münasibətlərini gücləndirməkdir.

Ümumi çəkisi 290 tondan çox olan humanitar yükgə un, düyü, buğda, bitki yağı, hazır qida məhsulları, makaron və qənnadı məmulatları daxildir.

Yardımın rəsmi təhvil-təslim mərasimi Hayraton şəhərində keçirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər