Müdafiə sektorundakı nöqsanlar naziri istefaya apardı
Estoniyanın müdafiə naziri Hanno Pevkur istefa verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə qərarını o, Estoniya ictimai yayımçısı "ERR"in əsas axşam xəbərlər proqramı olan “Aktual kamera”nın canlı yayımında elan edib.
O, Dövlət Nəzarətinin Estoniya Müdafiə Qüvvələrinin və Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKIK) fəaliyyəti ilə bağlı problem aşkar etməsindən sonra siyasi məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Pevkur əlavə edib ki, bütün müdafiə sektoru üzrə siyasi məsuliyyəti öz üzərinə götürməyi düzgün hesab edir və Baş nazir Kristen Mixal bunu münasib bildiyi vaxt səlahiyyətlərini təhvil verəcək.
Aysel Mətləb