İranda dollar “uçdu”, rial yerə “çırpıldı”: Rekord çöküş
İranın milli valyutası rial tarixinin ən aşağı səviyyəsinə düşüb. Açıq bazarda 1 dolların məzənnəsi 2,2 milyon rialı (220 min tümən) keçib.
TodayPress TV xəbər verir ki, mart ayından etibarən rial dollar qarşısında dəyərinin təxminən 60 faizini itirib.
İran Mərkəzi Bankı valyutanın sabitləşdirilməsi üçün kifayət qədər ehtiyata malik olduğunu və milli valyutanı dəstəkləmək məqsədilə 2 milyard dollara qədər vəsait yönəldə biləcəyini açıqlayıb.
Lakin rialın kəskin ucuzlaşması artıq ərzaq, dərman və idxal məhsullarının qiymətlərinin artmasına səbəb olur.
Kübra Musayeva