Venesuelada seçkilər niyə keçirilmir? - ABŞ lideri izah etdi
ABŞ Venesuelada seçkilərin keçirilməsini istəyir, lakin ölkə hələ buna hazır deyil.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
O, ABŞ-nin niyə Bolivar Respublikasında seçkilərin keçirilməsi tarixinin müəyyən olunmasını tələb etmədiyi ilə bağlı suala cavab verərkən deyib:
“Düşünürəm ki, onlar hələ hazır deyillər. Biz bunu istəyirik, onlar bunu istəyirlər, Delsi (Venesuela Prezidenti) də bunu istəyir, amma onlar hələ hazır deyillər”.
Aysel Mətləb