Rusiyanın gəmisi Norveçdə həbs edildi - SƏBƏB bu imiş

Rusiyanın gəmisi Norveçdə həbs edildi - SƏBƏB bu imiş
02.09.2026 23:21 Dünya

Rusiyaya məxsus “Professor Molçanov” gəmisi Norveçdə həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Naftoqaz” məlumat yayıb.

Məlumata görə, Troms və Senya dairə məhkəməsi bu barədə qərarı avqustun 31-də qəbul edib. Gəminin həbsi Rusiyadan təxminən 4,22 milyard dollar məbləğində kompensasiyanın tutulması ilə bağlı arbitraj qərarının icrasını təmin etmək məqsədi daşıyır.

Hazırda gəmi Şpitsbergen arxipelaqındakı Barentsburq limanını tərk edə bilmir.

“Naftoqaz” bildirib ki, Rusiyaya məxsus aktivlərin axtarışı bütün dünyada davam etdiriləcək və təyin olunmuş kompensasiya ödənilənədək bu istiqamətdə işlər davam edəcək.

Gəmidəki sərnişinlərlə bağlı məsələni isə hazırda Norveç hakimiyyəti həll edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər