Rubiodan İrana: “Pulları xalqa yox, terror qruplarına gedir!”
ABŞ dövlət katibi Marko Rubio İranın iqtisadi vəziyyətinin ağır olduğunu və ölkənin əldə etdiyi vəsaitləri İran xalqının rifahına deyil, xaricdəki silahlı qrupların maliyyələşdirilməsinə yönəltdiyini bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Rubio qeyd edib ki, İran “Hizbullah”, HƏMAS və İraqdakı silahlı qruplara maliyyə dəstəyi göstərərək ABŞ-a və digər ölkələrə təhdid yaradır.
“Əgər İran bu qrupların maliyyələşdirilməsinə ayırdığı vəsaitin heç olmasa yarısını öz xalqına xərcləsəydi, iranlıların vəziyyəti daha yaxşı olardı”, - Rubio deyib.
Kübra Musayeva