Tramp Hörmüz boğazına yeni ad qoydu
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilərək onun şərəfinə “Tramp boğazı” adlandırılmasını təklif edib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.
O yazıb ki, boğazın ABŞ-nin nəzarətində olduğunu nəzərə alaraq, onun adının dəyişdirilməsi məsələsinə baxmaq olar.
“İndi ABŞ-nin nəzarətində olduğuna görə, Hörmüz boğazının adını “Tramp boğazı” dəyişməliyikmi? Amerika kimi, o da həmişəkindən daha “isti” olacaq”, - deyə Tramp bildirib.
Tramp son günlər Hörmüz boğazı üzərində ABŞ-nin nəzarətinin gücləndiyini dəfələrlə bəyan edib.
Kübra Musayeva