Bəşər Əsədin yeni sirri üzə çıxdı - SENSASİON İDDİA
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin hakimiyyəti dövründə Deyr əz-Zor bölgəsində gizli nüvə reaktorunun tikildiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, “Associated Press” BMT-nin məxfi hesabatına istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri avqust ayında Suriyada bir neçə obyektdə araşdırma aparıblar və daha əvvəl şübhəli hesab edilən nüvə obyektlərinin mövcudluğunu təsdiqləyiblər.
Məlumata görə, Əsəd hökuməti Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsindəki təminatlar sazişinin tələb etdiyi nüvə materialları, obyektləri və müvafiq fəaliyyətlər barədə məlumat verməyib.
Müfəttişlərin araşdırdığı obyektlər arasında Deyr əz-Zor bölgəsində tikilməkdə olan reaktor, nüvə yanacağının istehsalı müəssisəsi və yanacağın saxlanılması üçün nəzərdə tutulan başqa bir obyekt də olub.
Kübra Musayeva