Hədə-qorxu və təhqir! Badr Hari yenidən polis nəzarətindədir
Ağır çəkidə çıxış etmiş niderlandlı əfsanəvi kikboksçu Badr Hari Amsterdam polisi tərəfindən Beytenveldört rayonunda hədələmə və təhqir şübhəsi ilə yenidən həbs edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Niderlandın “De Telegraaf” nəşri məlumat yayıb.
Bildirilir ki, Amsterdam polisinin nümayəndələri məxfilik səbəbindən adı ictimaiyyətə açıqlamadan 41 yaşlı kişinin hədələyici davranış və təhqir ittihamı ilə həbs olunduğunu təsdiqləyiblər. Lakin idmançının vəkili Cem Polat və “De Telegraaf” nəşri öz mənbələrinə istinadən saxlanılan şəxsin məhz Hari olduğunu təsdiqləyiblər.
Hüquq-mühafizə orqanlarının nümayəndələri şübhəlinin şəxsiyyətinin nə vaxt təsdiqlənəcəyini və ya rəsmi ittihamların nə vaxt irəli sürüləcəyini açıqlamayıblar.
Qeyd edək ki, 2025-ci ilin payızında Niderland Prokurorluğu Hari ilə keçmiş həyat yoldaşı Dafne Romaniyə qarşı məişət zorakılığı işi üzrə təqsirin etiraf edilməsi barədə razılaşma əldə etmişdi. 2024-cü ilin sentyabrında və 2025-ci ilin fevralında ona qarşı edilən hücumlara görə o, üç gün qabaqcadan həbsdə qalıb, 24 saat ictimai işlər, cərimə və yaxınlaşmamaq qadağası cəzası alıb.
Namiq HUN