Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək
02.09.2026 15:17 Sosial

Sentyabrın 4-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Azerbaijan Ground Services" MMC Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil edəcək.

TodayPress TV AYNA-ya istinadən xəbər verir ki, məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsi, sərnişin məmnunluğunun daha da artırılmasıdır.

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri "biletim.az" portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər