Fransada böyük əməliyyat: Kilian Mbappeni qaçırmaq planı puç oldu!

Fransada böyük əməliyyat: Kilian Mbappeni qaçırmaq planı puç oldu!
02.09.2026 16:51 İdman

Fransada Madrid “Real”ının hücumçusu Kilian Mbappeyə hücum və oğurluq hazırlayan 18 yaşlı şəxs həbs edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” “X” sosial şəbəkəsində  məlumat yayıb.

Saxlanılan şəxsin əlbirləri olub və bir neçə tanınmış şəxsin oğurlanması planlaşdırılırmış.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayından Madrid “Real”ında çıxış edir. Hücumçu “Monako” sisteminin yetirməsidir. O, 2017-ci ildən 2024-cü ilə qədər “Pari Sen-Jermen”də oynayıb. “Real”ın heyətində Kilian UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Mbappe Fransa milli komandası ilə 2018-ci il Dünya Çempionatının qalibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər