Quterreşlə Trampın görüşü gözlənilir - BMT-dən AÇIQLAMA

Quterreşlə Trampın görüşü gözlənilir - BMT-dən AÇIQLAMA
02.09.2026 22:04 Dünya

BMT-nin Baş katibi Antonio Quterreşin BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü hələ planlaşdırılmayıb, lakin onun baş tutacağına şübhə yoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə brifinqdə dünya təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Onun bunu edəcəyinə şübhə etmirəm, çünki o, hər zaman ev sahibi tərəfin prezidenti ilə görüşür. Adətən bu, ilk gün baş verir”, - deyə Düjarrik məlumat verib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri 22–26 sentyabr və 28 sentyabr tarixlərində keçiriləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər