Ətin qiyməti BAHALAŞDI

Ətin qiyməti BAHALAŞDI
02.09.2026 22:10 Sosial

Bakıda mal ətinin qiymətində artım müşahidə olunur.

TodayPress TV xəbər verir ki, satış məntəqələrində sümüklü mal ətinin 1 kiloqramı 19 manata, sümüksüz mal ətinin kiloqramı isə 23 manata yüksəlib.

Satıcılar qiymət artımını bazarda heyvan sayının azalması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, mal-qaranın azlığı ət tədarükünə təsir göstərdiyindən qiymətlərdə bahalaşma yaranıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər