İsrail fələstinliləri Qəzzadan çıxarmağa hazırlaşır: “İstənilən yolla!”
İsrailin müdafiə naziri İsrael Kats hökumətin Fələstinlilərin Qəzza zolağından məcburi çıxarılması ilə bağlı plan hazırladığını açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Kats bildirib ki, İsrail ABŞ-nin fələstinlilərin hansı ölkələrə və ya ərazilərə köçürülə biləcəyi ilə bağlı qərarını gözləyir. Onun sözlərinə görə, İsrail sakinləri dəniz, hava və mümkün olan istənilən yolla Qəzzadan çıxarmağa hazırdır.
Nazir planın ləğv edilmədiyini və müzakirələrin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, işğal olunmuş ərazidə mülki əhalinin məcburi köçürülməsi Cenevrə Konvensiyalarına əsasən qadağandır və hərbi cinayət hesab oluna bilər.
Kübra Musayeva