Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO

Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO
07.08.2026 12:55 Dünya

Rusiyanın paytaxtı Moskvada eşidilən güclü partlayış səsinə dair ilkin ehtimallar arasında bunun Ukrayna tərəfindən həyata keçirilən hücum olmadığı, səsdən sürətli texnologiya ilə bağlı hadisə ola biləcəyi iddia edilir.

TodayPress TV xəbər verir ki, məlumatlara görə, səsin səbəbi atmosferdə baş verən akustik hadisə və ya hansısa səsdən sürətli vasitənin sınağı ola bilər.

İddialara əsasən, hadisə dağıntı və ya hücumla əlaqəli deyil, Rusiya tərəfindən həyata keçirilən hər hansı səsdən sürətli texnologiya sınağı ilə bağlı ola bilər.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik ətraflı açıqlama verilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər