Makron: “Aİ Ukrayna üzrə danışıqlar masasında olmalıdır”

Makron: “Aİ Ukrayna üzrə danışıqlar masasında olmalıdır”
12.02.2026 12:00 Dünya

"Ukrayna üzrə nizamlanma ilə bağlı danışıqlarda Avropa İttifaqı (Aİ) da iştirak etməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Belçikada keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra bildirib.

Makron qeyd edib ki, Avropa ölkələrinin müzakirə edəcəyi məsələlər var və söhbət təkcə Ukraynadan deyil, həm də Avropanın təhlükəsizliyi, gələcəyi və təhlükəsizlik arxitekturasından gedir.

Fransa liderinin sözlərinə görə, bütün bu məsələlər hazırda Avropa səviyyəsində hazırlanmalıdır ki, uyğun məqam yetişəndə Rusiya ilə müzakirələrə hazır olmaq mümkün olsun.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər