Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək
Litva Ukrayna 10 milyon avro məbləğində ianə edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyindən bildirilib.
"İanə Litvanın Ukraynada fəal iştirak etdiyi prioritet sahələrə yönəldiləcək ki, bura da təhsil infrastrukturunun bərpası, mülki müdafiənin gücləndirilməsi və məktəbəqədər təhsilin islahatı aiddir", - məlumatda deyilir.
Litvanın 2022-ci ildən bəri Ukraynaya göstərdiyi yardım 1,7 milyard avronu keçib.
Aynur TAC