Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir

Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir
06.08.2026 17:50 Dünya

Rusiya Xarici İşlər Nazirliyi  Qərb ölkələrini Ukraynanın Rusiya ərazisində mülki əhaliyə qarşı həyata keçirdiyi dron hücumlarını dəstəkləməkdə və təşviq etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə deyib.

Bildirilib ki, mülki şəxslərə qarşı terror aktları əsasən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilir və bu dronların, eləcə də onların komponentlərinin əsas təchizatçıları "könüllülər koalisiyası" adlandırılan ölkələrdir.

XİN vurğulayıb  ki, iyun ayında Böyük Britaniya, Fransa və Almaniya liderləri birgə bəyanat yayaraq Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün dron texnologiyasından "innovativ istifadə"ni açıq şəkildə alqışlayıblar.

Məlumatda qeyd olunub ki, Qərb ölkələri Kiyev hakimiyyətinin mülki əhaliyə qarşı dron hücumlarını təkcə dəstəkləmir, həm də bu hücumların həyata keçirilməsi üçün Ukraynaya "kart-blanş" verir.

Rusiya tərəfi bununla Qərb dövlətlərinin sözügedən hücumlarda məsuliyyət daşıdıqlarını və baş verən hadisələrdə ortaq olduqlarını iddia edir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər