Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi

Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi
06.08.2026 16:01 İdman

Fabio Kannavaro maaşı ilə bağlı yayılan iddiaları təkzib edib.

TodayPress TV xəbər verir ki, Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro ildə 4 milyon avro maaş alması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

İtaliyalı mütəxəssis bu cür xəbərlərin tez-tez yayıldığını və onlara inanılmamalı olduğunu vurğulayıb.

“İllik maaşım 4 milyon avro deyil. Bu cür həqiqətə uyğun olmayan məlumatlar çox tez-tez təkrarlanır. Onlara inanmağa dəyməz”, – deyə Kannavaro bildirib.

Qeyd edək ki, Fabio Kannavaro 2025-ci ildən Özbəkistan milli komandasına rəhbərlik edir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər