Estoniyada məktəblilər üçün dron kursu başlayır

Estoniyada məktəblilər üçün dron kursu başlayır
06.08.2026 16:44 Dünya

Estoniyanın Tartu şəhərində məktəblər üçün yeni seçmə fənnin – pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması kursunun tətbiqi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, "ERR" milli yayımçısının məlumatına görə, kurs yuxarı orta məktəb şagirdləri üçün nəzərdə tutulur.

Avqust ayında şəhər rəhbərliyi məktəb administrasiyaları və Müdafiə Resursları Departamenti ilə birgə tədris proqramı, avadanlıq və dərs vəsaitləri ilə bağlı müzakirələr aparacaq.

Tartu şəhər hökumətinin nümayəndəsi Kaysa Keysk bildirib ki, hazırda kurs üçün lazım olan texniki vasitələr, o cümlədən simulyatorlar və digər avadanlıqların əldə edilməsi məsələləri araşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər