“Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı!

“Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı!
06.08.2026 14:58 İdman

IndyCar pilotu Konor Deyli “İndi-500” yarışından sonra Lando Norris və Daniel Rikkardo ilə keçirdiyi gecə barədə maraqlı xatirəsini bölüşüb.

TodayPress TV xəbər verir ki, 34 yaşlı amerikalı sürücünün sözlərinə görə, Norris “Formula-1”in Monreal mərhələsindən sonra birbaşa İndianapolisə uçaraq onlara qoşulub.

“Yarışdan sonra ən çox buna təəssüfləndim. Dostlarıma dedim ki, "İndi-500"dən sonra “Clayton's Country Bar”da IndyCar pilotlarından çox “Formula-1” sürücüsü var idi. Lando Monrealdan birbaşa gəldi. Yarışı uğursuz alınmışdı, mühərrik partlamışdı. Axşam yeməyi zamanı mənə yazdı ki, artıq yoldadır. Təxminən saat 23:30-da bara gəldi. Onu arxa girişdən içəri saldım və biz səhər saat 4-ə qədər birlikdə olduq”, – deyə Deyli bildirib.

O əlavə edib ki, IndyCar sürücülərinin hamısını dəvət etsə də, heç biri görüşə qatılmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər