Kolumbiya 4 ton kokain daşıyan gəmini ələ keçirdi
Kolumbiya sularında böyük miqdarda kokain daşıyan gəmi ələ keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro özünün "X" sosial şəbəkəsində məlumat verib.
"Ondan istehlakçı ölkələrə 10 milyon doza kokain göndərməyə cəhd göstərilirdi", – deyə o yazıb.
Petronun sözlərinə görə, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin əməliyyatı nəticəsində Kartaxena yaxınlığında 4 ton kokain müsadirə olunub.