İsrail Ordusu Qəzzada nəhəng tuneli dağıtdı

İsrail Ordusu Qəzzada nəhəng tuneli dağıtdı
25.09.2026 17:38 Dünya

İsrail ordusu Qəzza zolağının cənubunda fələstinlilər tərəfindən qazıldığı bildirilən 2 kilometrlik tuneli aşkarlayaraq dağıdıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tunel Qəzza zolağının cənubunda “Sarı xətt” adlandırılan ərazidə yerləşib.

Ordu həmin ərazidə “terror hədəflərinin” aradan qaldırılması üzrə əməliyyatların davam etdiyini bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər