İsrail hərbi gücünü artırır: Netanyahu F-35 və F-15IA alır

Dünya

03.05.2026 18:49

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin hərbi potensialının gücləndirilməsi ilə bağlı yeni planları açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, İsrail F-35 və F-15IA kimi müasir qırıcı təyyarələrdən ibarət iki eskadrilya əldə etdiyini deyib.

Netanyahunun sözlərinə görə, İsrail pilotları İranın hava məkanının istənilən nöqtəsinə çatmaq qabiliyyətinə malikdir.

Baş nazir həmçinin müdafiə sahəsində xarici asılılığı azaltmaq üçün yerli silah istehsalına böyük sərmayə ayrılacağını qeyd edib. 

O əlavə edib ki, növbəti 10 il ərzində müdafiə büdcəsinə 350 milyard şekel əlavə olunacaq və bu vəsait əsasən ölkədaxili istehsala yönəldiləcək.

Netanyahu vurğulayıb ki, “mavi-ağ” adlandırılan yerli texnologiyalar əsasında yeni, innovativ təyyarələrin hazırlanması planlaşdırılır və bu, ümumi hərbi balansı dəyişə bilər.

Bundan əlavə, o, pilotsuz uçuş aparatları təhlükəsinə qarşı xüsusi proqramın başladıldığını açıqlayıb və yaxın vaxtlarda bu sahə üzrə ilkin hesabatın təqdim olunacağını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Netanyahu,İsrail,F-35,F-15,Todaypress.tv,